EN

“Fənərbağça” avrokuboklarla vidalaşıb, “Samsunspor" 1/8 finala vəsiqə qazanıb

Bakı, 27 fevral, AZƏRTAC

UEFA Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşlərdən sonra 1/8 finala vəsiqə qazanan kollektivlərin adlarına aydınlıq gəlib.

Türkiyənin “Fənərbağça” komandası Avropa Liqasında mübarizəni dayandırıb. İstanbul təmsilçisi İngiltərədəki cavab matçında “Nottingem Forest”in qonağı olub. “Fənərbağça” rəqibinə 2:1 hesabı ilə qalib gəlsə də, ev oyunundakı məğlubiyyət (0:3) səbəbindən avrokuboklarla vidalaşıb.

Konfrans Liqasında mübarizə aparan “Samsunspor” isə doğma meydanda Şimali Makedoniyanın “Şkendiya” komandasını 4 cavabsız qolla məğlub edərək, adını 1/8 finala yazdırıb. Türkiyə klubu səfərdəki ilk görüşdə də rəqibini üstələmişdi – 1:0.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

26 fevral

21:45. "Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa) – 0:2

İlk oyun – 1:0

21:45. "Ferensvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) – 2:0

İlk oyun – 1:2

21:45. "Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan) – 1:1 (Penaltilər seriyasında 3:4)

İlk oyun – 2:2

21:45. "Ştutqart" (Almaniya) – "Seltik" (Şotlandiya) – 0:1

İlk oyun – 4:1

00:00. "Nottinqem Forest" (İngiltərə) – "Fənərbağça" (Türkiyə) – 1:2

İlk oyun – 3:0

00:00. "Genk" (Belçika) – "Dinamo" (Xorvatiya) – 3:3

İlk oyun – 3:1

00:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan) – 1:0

İlk oyun – 2:1

00:00. "Bolonya" (İtaliya) – "Brann" (Norveç) – 1:0

İlk oyun – 1:0

Beləliklə, 1/8 final mərhələsində, "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Midtüllann" (Danimarka), "Betis", “Selta” (hər ikisi İspaniya), "Frayburq", “Ştutqart” (hər ikisi Almaniya), "Lion", “Lill” (hər ikisi Fransa), "Roma", “Bolonya” (hər ikisi İtaliya), "Aston Villa", “Nottingem Forest” (hər ikisi İngiltərə), “Ferensvaroş” (Macarıstan), "Panatinaikos" (Yunanıstan) və “Genk” (Belçika) komandaları mübarizə aparacaqlar.

Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

26 fevral

21:45. "Fiorentina" (İtaliya) – "Yagelloniya" (Polşa) – 2:4

İlk oyun – 3:0

21:45. "Samsunspor" (Türkiyə) – "Şkendiya" (Şimali Makedoniya) - 4:0

İlk oyun – 1:0

21:45. "Selye" (Sloveniya) – "Drita" (Kosovo) - 3:2

ilk oyun – 3:2

21:45. "Riyeka" (Xorvatiya) – "Omoniya" (Kipr) - 3:1

İlk oyun – 1:0

00:00. "Lex" (Polşa) – "KuPS" (Finlandiya) - 1:0

İlk oyun – 2:0

00:00. “AZ Alkmaar” (Niderland) – "Noa" (Ermənistan) - 4:0

İlk oyun – 0:1

00:00. "Kristal Pelas" (İngiltərə) – "Zrinski" (Bosniya və Herseqovina) - 2:0

İlk oyun – 1:1

00:00. "Lozanna" (İsveçrə) – "Siqma" (Çexiya) – 1:2

İlk oyun – 1:1

Konfrans Liqasında bu nəticələrdən sonra "Fiorentina" (İtaliya), “Samsunspor” (Türkiyə), "Selye" (Sloveniya), "Riyeka" (Xorvatiya), "Lex" (Polşa), “AZ Alkmaar” (Niderland), "Kristal Pelas" (İngiltərə) və “Siqma" (Çexiya) klubları 1/8 finala adlayıblar. "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Maynts 05" (Almaniya), AEK (Larnaka, Kipr), "Strasburq" (Fransa) və "Rakuv" (Polşa) isə 1/8 finala Liqa mərhələsindən vəsiqə qazanıb.

Chosen
3
2
azertag.az

10Sources