Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələri altıncı nəsil F-47 gizli qırıcısınınilk sınaq uçuşunu 2028-ci ildə keçirməyi planlaşdırır.
Trend xəbər verir ki, bubarədə proqramın icrasına nəzarət edən general Deyl Uayt Hava vəKosmik Qüvvələr Assosiasiyasının simpoziumunda bildirib.
“Boeing” tərəfindən hazırlanan qırıcının döyüş radiusunun 1600km-dən çox, maksimal sürətinin isə saatda 2200 km-dən artıq olacağıqeyd edilir. ABŞ Hərbi Hava Qüvvələri beşinci nəsil F-22 Raptortəyyarələrini əvəz etmək üçün 185-dən çox F-47 almağıplanlaşdırır.
Layihə “Next Generation Air Dominance” proqramı çərçivəsindəhəyata keçirilir və pilotsuz sistemlərlə inteqrasiyanı da nəzərdətutur.