Pakistanla sərhəddə baş verəm qarşıdurmalarda Əfqanıstan ordusunun azı 133 hərbçisi həlak olub, 200-dən çoxu yaralanıb.
APA xəbər verir ki, bunu Pakistanın informasiya naziri Attaullah Tarar bildirib.
Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-unu ələ keçirib.
Tanklar, artilleriya və zirehli transportyorlar da daxil olmaqla 80-dən çox hərbi texnikaya da ziyan dəyib.