EN

Avroliqa: “Fənərbağça”nı 1/8 finala buraxmadılar – ARENA.AZ

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunları eyni günə təsadüf edib.

Türkiyənin “Fənərbağça” komandası İngiltərədə “Nottingem Forest”in qonağı olub. İlk oyunda uduzmuş İstanbul təmsilçisi səfərdə qələbə qazansa da, bu, mərhələ adlamaq üçün yetərli olmayıb.

Almaniyanın “Ştutqart” komandası öz meydanında Şotlandiya təmsilçisi “Seltik”ə məğlub olsa da, yekunda mərhələ adlayan tərəf olub.

Digər oyunlarda isə “Ferentsvaroş”, “Panatinaikos”, “Lill”, “Genk”, “Selta” və “Bolonya” komandaları 1/8 finala yüksəliblər.

Xatırladaq ki, daha əvvəl “Portu”, “Braqa” (hər ikisi Portuqaliya), “Midtyulland” (Danimarka), “Betis” (İspaniya), “Frayburq” (Almaniya), “Olimpik” (Lion, Fransa), “Roma” (İtaliya) və “Aston Villa” (İngiltərə) Avroliqada 1/8 finala vəsiqə qazanmışdılar.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları
26 fevral

Ferentsvaroş (Macarıstan) – Ludoqorets (Bolqarıstan) 2:0
Qollar: Kaniçovski, 14. Zakariassen, 30.
İlk oyun – 1:2

Viktoriya (Çexiya) – Panatinaikos (Yunanıstan) 1:1 (penaltilər 3:4)
Qollar: Şpasil, 62 – Tetteh, 9.
İlk oyun – 2:2

Ştutqart (Almaniya) – Seltik (Şotlandiya) 0:1
Qol: Makkovan, 1.
İlk oyun – 4:1

Srvena Zvezda (Serbiya) – Lill (Fransa) 0:2
Qollar: Jiru, 4. Nqoy, 99.
İlk oyun – 1:0

Genk (Belçika) – Dinamo (Xorvatiya) 3:3
Qollar: Sor, 51. Vinlof, 101-öz qapısına. Heymans, 114 – Bakrar, 45+2. Stoykoviç, 57-pen; 75.
İlk oyun – 3:1

Selta (İspaniya) – PAOK (Yunanıstan) 1:0
Qol: Svedberq, 63.
İlk oyun – 2:1

Nottingem Forest (İngiltərə) – Fənərbağça (Türkiyə) 1:2
Qollar: Hadson-Odoi, 68 – K.Aktürkoğlu, 22; 48-pen.
İlk oyun – 3:0

Bolonya (İtaliya) – Brann (Norveç) 1:0
Qol: J.Mario, 56.
İlk oyun – 1:0

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
9
8
arena.az

10Sources