EN

“Samsunspor” Konfrans Liqasında 1/8 finala çıxdı – ARENA.AZ

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/26-cı illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Türkiyənin “Samsunspor” komandası doğma meydanda Şimali Makedoniyanın “Şkendiya” kollektivini qəbul edib və darmadağın sayəsində 1/8 finala yüksəlib.

İtaliyanın “Fiorentina” komandası səfərdə yendiyi Polşa “Yagelloniya”sı ilə bu dəfə evdə üz-üzə gəlib. Gərgin keçən və əlavə vaxta qədər getmiş görüşün yekununda Florensiya təmsilçisi məğlub olmasına rəğmən, mərhələ adlayıb.

“Çelye”, “Riyeka”, “Lex”, “Alkmar”, “Kristal Pelas” və “Siqma” da rəqibləri ilə mübarizədən qalib ayrılmaqla növbəti mərhələyə yüksəliblər.

Xatırladaq ki, daha əvvəl “Rayo Valyekano” (İspaniya), “Şaxtyor” (Ukrayna), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Maynts” (Almaniya), AEK (Larnaka, Kipr), “Strasburq” (Fransa) və “Rakuv” (Polşa) 1/8 finala vəsiqə qazanmışdılar.

Avropa Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunları
26 fevral

Fiorentina (İtaliya) – Yagelloniya (Polşa) 2:4
Qollar: Facoli, 107. Romançuk, 114-öz qapısına – Mazurek, 23; 45+3; 49. İmaz, 118.
İlk oyun – 3:0

Samsunspor (Türkiyə) – Şkendiya (Şimali Makedoniya) 4:0
Qollar: Ntçam, 53. Ndiaye, 71. Marius, 79; 90+2.
İlk oyun – 1:0

Çelye (Sloveniya) – Drita (Kosovo) 3:2
Qollar: Seslar, 19; 43-pen. Hrka, 23 – Krasniqi, 26. Dabiqay, 51.
İlk oyun – 3:2

Riyeka (Xorvatiya) – Omoniya (Kipr) 3:1
Qollar: Fruk, 52; 67. Adu, 79 – Tankoviç, 13.
İlk oyun – 1:0

Lex (Polşa) – KuPS (Finlandiya) 1:0
Qol: P.Rodriqes, 65.
İlk oyun – 2:0

Alkmar (Niderland) – Noa (Ermənistan) 4:0
Qollar: Daal, 5. Meynans, 39; 54. Yensen, 90+1.
İlk oyun – 0:1

Kristal Pelas (İngiltərə) – Zrinski (Bosniya və Herseqovina) 2:0
Qollar: Lakrua, 36. Gessand, 90+3.
İlk oyun – 1:1

Lozanna (İsveçrə) – Siqma (Çexiya) 1:2
Qollar: Yanneh, 35 – Sip, 22. Rusek, 44.
İlk oyun – 1:1

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
11
10
arena.az

10Sources