“Qələbə seriyamı davam etdirə bildiyim üçün çox xoşbəxtəm”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında azərbaycanlı MMA döyüşçüsü Emil Musayev deyib.
O, bir neçə gün öncə RCC turnirində
Qazaxıstan təmsilçisi Javoxir Nazrulloyev üzərində qazandığı qələbə haqqında danışıb:Deyəsən, bu, ardıcıl beşinci qalibiyyətim idi. Əlbəttə ki, bacarıqlarımı bilərək daha yaxşı döyüş göstərə və daha yaxşı çıxış edə bilərdim, amma döyüş zamanı aldığım zədə mənə mane oldu.
Ümumilikdə isə, döyüşdən tamamilə razıyam. Bütün planlarımı həyata keçirdim. Hazırlıq çətin, lakin yüksək səviyyədə keçmişdi. Komanda kapitanı İvan Ştırkovun və baş məşqçim Georgi Tamoyevin rəhbərliyi altında öz təlim-məşq düşərgəmdə məşq etmişdim.
Rəqibimə gəldikdə, ona yalnız hörmətim var, çünki o, az bir vaxtda döyüşməyə razılıq verdi. Əvvəlcə fərqli bir rəqibim var idi. Lakin onun gəlişi ilə bağlı bəzi problemlər yarandı. Beləliklə, rəqibimə qısa müddətdə mənimlə döyüşməyə razılıq verdiyi və məni döyüşsüz qoymadığı üçün böyük təşəkkürümü bildirirəm”.
Musayev gələcək planlarından da danışıb: “Döyüşdən sonra bir az dincəlib daha sonra yenidən məşqlərə qayıdacağam.
Məqsədlərim dəyişmir: hər gün yalnız özümün ən yaxşı versiyasına çevrilirəm. Hazırda yaxşı formadayam və uğur qazanıram”.