EN

Pensiya və ortaaylıq əməkhaqqı artacaq? - VİDEO

Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair əlavə edilib. Minimum əməkhaqqı hazırda 400 manat olmaqla, işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı həddidir.

"Yeni Sabah" xəbər verir ki, iqtisadçı Xalid Kərimli Baku TV-yə bildirib ki, qanunvericiliyə edilən əlavə aşağı həddə maaş alanların məvaciblərinin inflyasiyadan daha yaxşı qorunmasına imkan verəcək:

"İndi də iki-üç ildən bir minimum əməkhaqqına baxılır. Amma məsələ ondan ibarətdir ki, iki-üç ildən bir baxılsa da, inflyasiya, xüsusən də son illər sürətli şəkildə müşahidə olunur. Aşağı gəlirli əhali təbəqəsinin xərcləmə strukturunda əhəmiyyətli rol oynayan ərzaq qiymətlərində artım daha sürətlidir. Bu baxımdan, minimal əməkhaqqına baxılma tələbinin qoyulması məhz bu aşağıgəlirli əhalinin əməkhaqqının inflyasiya önündə əriməsinin qarşısını almağa və onların real gəlirlərinin qorunmasına gətirib çıxara bilər".

Bu baxımdan, prosesin pensiyalarda artıma təsir edəcəyini demək mümkündür. Belə ki, qanunvericiliyə görə, əmək pensiyaları ölkə üzrə ortaaylıq əməkhaqqının artımına uyğun indeksləşdirilir.


Telegram kanalımız
Chosen
30
3
yenisabah.az

7Sources