EN

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Bakı. Trend:

27 fevral 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsivakant olan 69 dövlət ümumi təhsil müəssisələrinə direktorların işəqəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə startveriləcək. Namizədlər 6 mart 2026-cı il saat 17:00-dəkhttps://miq.edu.az/direktor linkinə daxil olaraq elektronqeydiyyatdan keçə bilərlər.

Trend xəbər verir ki, bubarədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumatyayıb.

Bildirilib ki, proses Elm və Təhsil Nazirliyi tərəfindənmərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yoluilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindənibarət olacaq.

Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar vəsənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqəninmüsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilənvakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinadedir.

Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraqardıcıllıq əsasında dəvət olunacaqlar.

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmışmüvafiq komissiyalar tərəfindən keçiriləcək.

Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqojivə tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə,problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə dəsosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış olabiləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əməkmünasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydadarəsmiləşdiriləcək.

Chosen
22
30
az.trend.az

10Sources