EN

Aİ şərq sərhədində yeni investisiya təşəbbüsünə başlayır

ain.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

EastInvest: Aİ şərq sərhədində yeni investisiya təşəbbüsünə başlayır

Banco.az xəbər verir ki, Avropa Komissiyası Rusiya–Belarus–Ukrayna sərhədində yerləşən şərq bölgələrinin təhlükəsizlik və iqtisadi potensialını gücləndirmək məqsədilə "EastInvest" investisiya mexanizmini işə salıb. 2026–2027-ci illər ərzində bu bölgələrə 28 milyard avro həcmində sərmayə yönəldilməsi planlaşdırılır.

Avropa İttifaqı Komissiyasının Rusiya–Belarus–Ukrayna sərhədindəki şərq bölgələrinə dəstək göstərmək məqsədilə elan etdiyi "EastInvest" investisiya mexanizmi rəsmi şəkildə fəaliyyətə başlayıb.

Brüsseldə Komissiyanın şərq sərhəd bölgələrinə dair dəstək planı çərçivəsində hər il keçirilməsi nəzərdə tutulan ilk yüksək səviyyəli siyasi dialoq iclası baş tutub.

İclas çərçivəsində plan əsasında yaradılması nəzərdə tutulan "EastInvest" investisiya mexanizminin istifadəyə verilməsi ilə bağlı imzalanma mərasimi keçirilib.

İclasda çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Rusiya–Ukrayna müharibəsi Avropa üçün bir “oyanış çağırışı” xarakteri daşıyıb və münaqişələrdən ən çox sərhəd bölgələri zərər çəkib. O qeyd edib: “Bu bölgəyə böyük minnətdarlıq borcumuz var, çünki şərq cinahımızdakı sərhəd icmaları Avropanın təhlükəsizliyinin təmin olunmasına töhfə verir”.

Ursula fon der Lyayen icmaların və iqtisadiyyatların inkişafı üçün təhlükəsizlik və sabitliyin vacib olduğunu vurğulayaraq, bunun xüsusilə şərq sərhədləri baxımından “son dərəcə əhəmiyyətli” olduğunu bildirib.

Sərhəd bölgələrinin meşələr, strateji xammal ehtiyatları və kənd təsərrüfatı kimi mühüm resurslara malik olduğunu diqqətə çatdıran Ursula fon der Lyayen bu sahələrə investisiya yatırılmasının zəruri olduğunu qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
banco.az

2Sources