EN

Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma

Pakistan və Əfqanıstan sərhədində hərbçilər arasında yenidən silahlı toqquşma olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə Əfqanıstan televiziya kanalı "Tolo News" məlumat yayıb.

Məlumata görə, toqquşmalar sərhəd zonasında yerləşən Nangarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində baş verib.

İtkilər barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün Pakistan ordusu Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib.

Chosen
20
3
olke.az

4Sources