EN

Nərimanovda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

Nərimanov rayonunda yerləşən 45 saylı tam orta məktəbdə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, 45 saylı tam orta məktəbin direktoru Pərvanə Talıbova, 18 saylı Dairə Seçki Komissiyasının sədri İslam Muradov, Xocalı soyqırımının canlı şahidləri və soyqırımı qurbanlarının ailə üzvləri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz siyasəti çərçivəsində dinc əhaliyə qarşı törədilmiş ən ağır və qəddar cinayətlərdən biridir.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə uşaq, qadın və qocalar da daxil olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil. Diqqətə çatdırılıb ki, Xocalı faciəsinə ilk dəfə siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu.  44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisasının alındığı, bu gün Xocalıda Azərbaycan Bayrağının ucaldığı xüsusi vurğulanıb.

Tədbirdə 45 saylı tam orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsini əks etdirən bədii kompozisiya təqdim olunub.

Chosen
9
50
unikal.az

10Sources