AZ

“Tarix danışır: Xocalı” adlı tədbir keçirilib - FOTOLAR

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbdə “Tarix danışır: Xocalı” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə məktəbin direktoru Nəriman Mürsəliyev, YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, məktəbin tarix müəllimi Aqiyə Zaidova çıxış edərək 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda misli görünməmiş qətliam törətdiyini deyiblər.

Qeyd olunub ki, faciə zamanı uşaqlar, qadınlar və yaşlılar olmaqla, 613 günahsız mülki şəxs Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilib, hadisə bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri adlandırılıb.

Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını aldığı bildirilib.

Sonra məktəblilər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Seçilən
12
50
unikal.az

10Mənbələr