EN

Xocalı Azərbaycanın yaralı yaddaşı, sarsılmış qüruru və itirilmiş torpaqların simvolu idi



"1992-ci ilin 26 fevralında dinc azərbaycanlı əhaliyə qarşı törədilən qətliam insanlıq əleyhinə cinayət, beynəlxalq hüququn kobud şəkildə pozulması idi. O illərdə Xocalı Azərbaycanın yaralı yaddaşı, sarsılmış qüruru və itirilmiş torpaqların simvolu idi".

Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, bu faciə təkcə fiziki məhv deyil, həm də milli ruhu sındırmaq cəhdi idi:

"Ana fəryadı, uşaq harayı, günahsız insanların qanı xalqımızın yaddaşına əbədi həkk olundu. Uzun illər Xocalı adı ağrı ilə, nisgil ilə, ədalətsizlik hissi ilə çəkildi".

Mərkəz rəhbəri bildirib ki, lakin tarix burada dayanmadı. Azərbaycan dövləti gücləndi, ordumuz formalaşdı, milli birlik möhkəmləndi:

"Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu. Şəhidlərin qisası döyüş meydanında alındı, itirilmiş qürur geri qaytarıldı. Bu gün azad edilmiş torpaqlarda üçrəngli bayrağımız dalğalanır və bu, şəhidlərimizin qanı ilə yazılmış tarixin nəticəsidir".

Süleyman
Chosen
18
1
newscenter.az

2Sources