EN

Hazırda foto və video ilə kimisə şantaj etmək gülməlidir Ekspertdən ÇAĞIRIŞ

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda univerisitet tələbələri olan qızların şəkillərini götürüb qeyri-etik formada düzəldib şantaj edirlər. Qızlar bu barədə şikayət ediblər, ancaq bəzən elə ailələr olur ki, bu yeni texnologiyaları bilmir və bu şəkillərə inanır.

Bəs bu şəkillərin saxta olduğunu sübut edən proqramlar varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirdi ki, şəkillərin saxta olduqlarını bildirən proqramlar var:

"Hələ ki, bu proqramlar işləyirlər, normal məlumat verirlər. Bunlar "FotoForensics", "Sensity AI", "Hive Moderation", "Reality Defender", "Serelay" proqramlarıdır. Bu saat ümumiyyətlə qeyd etməliyəm ki, heç bir videoya, heç bir fotoya inanmaq düzgün deyil. Yəni, çox güclü "deepfake"lər yaranır. Doğrudan da reala çox oxşayan "deepfake"lər saniyələr ərzində hazırlanır. Ona görə də bu saat ümumiyyətlə foto və video ilə kimisə şantaj etmək özü gülməlidir. Yəni hər hansı bir adamı götürüb elə bir görüntü hazırlamaq olar ki, o, tam real kimi görünsün. Yəni bu saat demək olar ki, hər şey bir şantaj və ya saxta ola bilər. O nöqteyi-nəzərdən, mütləq mətbuat vasitəsilə də məlumatlandırma lazımdır ki, insanlar bu istiqamətdə çox aktiv reaksiya verməsinlər, narahat olmasınlar. Yəni hazırda istənilən fotonu hazırlamaq mümkündür".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
redaktor.az

2Sources