EN

AFFA "Kəpəz"lə "Şamaxı"nı cərimələdi

AFFA İntizam Komitəsiin növbəti iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXI turunda yaşanan qayda pozuntuları ilə bağlı ölçü götürürülüb. 

Qurum elita təmsilçilərindən "Şamaxı" və "Kəpəz" klublarını cərimələyib. 

"Şamaxı" "İmişli" ilə oyunda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə edilib. "Kəpəz"i isə "Sabah"la matçda qırmızı vərəqə alan Şakir Seyidov ziyana salıb. Ciddi qayda pozuntusuna görə birbaşa meydandan qovulan futbolçu 2 turluq diskvalifikasiya edilib. "Kəpəz" klubu isə 1000 manat məbləğində cərimələnib.

Chosen
9
1
fanat.az

2Sources