ABŞ-ın sabiq maliyyə naziri Larri Sammers Jeffrey Epştein ilə əlaqələri səbəbindən Harvard Universitetindəki vəzifəsindən ayrılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Noyabr ayında Sammers artıq bəyan etmişdi ki, ictimai vəzifələrindən gedəcək və “etimadı bərpa etmək” üzərində çalışacaq. Həmin vaxt o, süni intellekt sahəsində fəaliyyət göstərən OpenAI-nin direktorlar şurasından, həmçinin Bloomberg News və The New York Times-də rəhbər vəzifələrindən istefa etmişdi.

Larry Sammers və Jeffrey Epşteyn arasındakı münasibətlərin detalları onların elektron yazışmaları açıqlanandan sonra məlum olub. Yazışmalar 2013–2019-cu illərə aiddir və həmin dövrdə Epşteyn artıq günahkar bilinmişdi. Yazışmalardan bəlli olub ki, Sammers Epşteynlə “sevgi işləri” ilə bağlı məsləhətləşib və ABŞ-ın daxili və xarici siyasəti barədə geniş müzakirələr aparıb.
“Bu təhsil ilinin sonunda Harvardda professor vəzifəmdən istefa vermək kimi çətin bir qərar qəbul etmişəm”, — deyə Sammers bildirib. O, 2006-cı ilə qədər Harvard Universitetinin prezidenti olub, daha sonra isə burada tədris fəaliyyətinə fokuslanıb. Keçən il Massaçusets senatoru və Harvardın sabiq professoru Elizabet Uorren universiteti Sammers ilə bütün əlaqələri kəsməyə çağırmışdı.
Onun fikrincə, Sammersə tələbələr etibar edə bilməz.