ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Azərbaycanın tanınmış simalarından Məleykə Əsədovanın övladı növbəti böyük akademik nailiyyəti ilə diqqət mərkəzinə düşüb.
AZXEBER.COM xəbər verir ki, xalq artistinin qızı Gülər Cəbrayılova, bakalavr təhsilini ADA Universitetində davam etdirərkən IELTS
imtahanından 8.0 bal toplayaraq rekord nəticə göstərib. Ən təsirli məqam isə bu nəticənin cəmi 2 həftəlik intensiv hazırlıq müddətində əldə olunmasıdır.
Bu uğurun arxasında dayanan əsas faktor isə düzgün seçimdir.
Son dövrlər yüksək nəticə hədəfləyən tələbələrin və valideynlərin böyük əksəriyyəti Beynəlxalq Təhsil Mərkəzini seçir.
Çünki burada məqsəd sadəcə dərs keçmək deyil, nəticə əldə etməkdir. Sistemli analiz, fərdi yanaşma, imtahan psixologiyasına uyğun
strategiya və intensiv proqram bütün proses konkret hədəfə fokuslanır.
Gülər Cəbrayılovanın cəmi iki həftəyə əldə etdiyi 8.0 IELTS nəticəsi təsadüf deyil bu, düzgün metodikanın, peşəkar komandanın və nəticəyə yönəlmiş sistemin göstəricisidir.
Uğur düzgün ünvan seçimidir. Və bu ünvan artıq çoxlarının seçiminə çevrilib – Beynəlxalq Təhsil Mərkəzi.
Qeyd edək ki, hazırda ADA Universitetinin tələbəsi olan Gülər bu nəticə ilə xaricdə magistr təhsili almaq üçün dünyanın top 100 universitetlərindən birində təhsil almaq imkanı qazanıb. Gülər hazırda Çin dilini də öyrənir.


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.