Azərbaycanın tanınmış simalarından olan Məleykə Əsədovanın övladı növbəti böyük akademik nailiyyəti ilə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, Xalq artistinin qızı Gülər Cəbrayılova, bakalavr təhsilini ADA Universitetində davam etdirərkən IELTS imtahanından 8.0 bal toplayaraq rekord nəticə göstərib.
Maraqlısı budur ki, o, nəticənin cəmi 2 həftəlik intensiv hazırlıq müddətində əldə edib.
Qeyd edək ki, hazırda ADA Universitetinin tələbəsi olan Gülər bu nəticə ilə xaricdə magistr təhsili almaq üçün dünyanın top 100 universitetlərindən birində təhsil almaq imkanı qazanıb. Gülər hazırda Çin dilini də öyrənir.(“Qafqazinfo”)