EN

Zaqatalada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTOLAR

26 Fevral – Xocalı soyqırımının ildönümü ilə əlaqədar Zaqatala rayonunda keçirilən anım tədbirində Milli Məclisin deputatı Asif Əsgərov iştirak edib. 

"Unikal" xəbər verir ki, əvvəlcə Zaqatala şəhərində yerləşən “Xocalı Soyqırımı” abidə kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Anım mərasimi daha sonra Heydər Əliyev Mərkəzi-də “Xocalı faciəsi bizim qan yaddaşımızdır” mövzusunda keçirilən tədbirlə davam etdirilib. Dairəvi masa ətrafında baş tutan görüşdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və Xocalı sakinləri bir araya gələrək Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı aktının bəşəriyyətə qarşı ağır cinayət olduğunu bildirib. Deputat vurğulayıb ki, Xocalı faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək və onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının müqəddəs borcudur.
Millət vəkili çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev-in rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunub, o cümlədən Xocalı şəhəri işğaldan azad edilib. Bu gün Böyük Qayıdış proqramı çərçivəsində azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını diqqətə çatdıraraq bildirib ki, tezliklə keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdacaqlar.

Deputat vurğulayıb ki, bu tarixi Zəfər şəhidlərimizin qanı və canı bahasına əldə olunub və onların əziz xatirəsi daim uca tutulacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Chosen
12
50
unikal.az

10Sources