EN

Şimali Koreya liderinin qızı hərbi paradda göründü KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çju E Pxenyanda keçirilən hərbi paradda iştirak edib.

KONKRET.az xəbər verir ki, bu görüntülər gənc qızın potensial varis kimi yetişdirildiyi barədə fərziyyələri gücləndirib.

Kim Çju E atasının yanında və yüksək səviyyəli hərbi liderlərlə birlikdə paradı izləyib. Onların hər ikisi qara dəri trençkot geyinib.

Cənubi Koreya kəşfiyyatına görə, Kim Çju E artıq siyasət mövzularında fikir bildirir. Mənbə onun gələcəkdə ölkə liderliyi üçün hazırlandığını iddia edib.

Şimali Koreya lideri ilk dəfə 2022-ci ildə atasını raket atışı zamanı müşayiət edib və son 3 ildə müxtəlif hərbi, milli mərasimlərdə görüntülənib. Onun yaşı rəsmən deyilməsə də, 2010-cu illərin əvvəllərində doğulduğu güman edilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
2
konkret.az

3Sources