EN

Paltaryuyan maşında yuyulan pişik möcüzə nəticəsində SAĞ QALDI

Paltaryuyan maşında yuyulan pişik möcüzə nəticəsində sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyada qeyri-adi və eyni zamanda təhlükəli bir hadisə baş verib. Nənə paltaryuyan maşına tül pərdələri yerləşdirərkən sevimli pişiyinin maşının içərisində gizləndiyini fərq etməyib.

Nəticədə heyvan tüllərlə birlikdə tam yuyulma və qurudulma prosesindən keçib.

Xoşbəxtlikdən, yuma rejimi zamanı suyun temperaturu aşağı olub və sıxma (sentrifuqa) funksiyası aktivləşdirilməyib. Məhz bu səbəbdən pişik həm boğulmaqdan xilas olub, həm də ciddi yanıq xəsarətləri və ya sınıqlar almayıb.

Hadisədən sonra aşkar olunan heyvanın dərhal yardıma ehtiyacı olsa da, hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
17
1
interpress.az

2Sources