EN

Zelenski Trampla telefon danışığı aparıb

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında gözlənilməz telefon danışığı olub...

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında ABŞ Prezidenti Donald Trampla telefonla danışdığını açıqlayıb.

Zelenski telefon danışığında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff və Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyini qeyd edərək, Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşəcəklərini xatırladıb.

Zelenski bildirib ki, Trampla görüşü zamanı Cenevrədə ikitərəfli danışıqları və Rusiya, Ukrayna və ABŞ arasında martın əvvəlində keçirilməsi planlaşdırılan yeni üçtərəfli danışıqlara hazırlıqları müzakirə ediblər.

Zelenski bildirib ki , "Ümid edirik ki, bu, liderlik səviyyəsində danışıqlara keçmək üçün fürsət yaradacaq. Bu, bütün çətin və həssas məsələləri həll etməyin və nəticədə müharibəyə son qoymağın yeganə yoludur".

Chosen
3
24
aznews.az

10Sources