Sosial şəbəkələrdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 000 manat ödəniş edəcəyi barədə yayılmış məlumatlar tamamilə yalandır”.
Yenicag.az xəbər verir ki, bu barədə Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib.