EN

Qəzaya uğrayan F-16-nın pilotu katapult sistemini son anda işə salıb - Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi fevralın 25-də qəzaya uğrayan F-16 qırıcı təyyarəsi ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Redaktor.az-ın xəbərinə görə, Nazirlikdən bildirilib ki, Bolqarıstan sərhədində naməlum radar izi aşkar edildikdən sonra həyəcan siqnalı ilə iki F-16 döyüş təyyarəsi Balıkesirdəki Komandanlıqdan havaya qalxıb.

Qeyd edilib ki, döyüş təyyarələrindən biri ilə saat 00:56-dan etibarən əlaqə kəsilib.

Pilotun katapult sistemini isə son anda işə saldığı müəyyən edilib.

Qəzanın başvermə səbəbinin ətraflı araşdırmadan sonra məlum olacağı bildirilib.

Xatırladaq ki, Türkiyənin Balıkesir şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot şəhid olub.

Chosen
3
7
redaktor.az

10Sources