Fevralın 26-da Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanları dərin ehtiramla yad olunub.