Aktual.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazi plana salınıb. Lakin onlar evlərin nə vaxt söküləcəyi və kompensasiya məsələsinin hansı qaydada həll ediləcəyi barədə rəsmi məlumat almadıqlarını deyirlər:
"Gəlib sadəcə ölçüb gedirlər. İşlərin aprel ayından sonra başlanacağını deyirlər. Başqa heç bir məlumatımız yoxdur”.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, hazırda həmin ərazidə layihələndirmə prosesi davam edir.