EN

Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - FOTOLAR

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş prokuror Kamran Əliyev və digər rəsmilər faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Rəsmilər Xocalı soyqırımı abidəsi önünə gül dəstələri düzüblər.

"Cebheinfo.az"

Chosen
10
8
cebheinfo.az

10Sources