EN

Güclü zərbə Rusiyanın gündəlik net nəqlini kəskin azaldıb Rəqəmlər açıqlandı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın neft kəməri operatoru “Transneft” pilotsuz uçuş aparatlarının hücumundan sonra sisteminə qəbul edilən neft həcmini gündəlik təxminən 250 min barrel azaldıb.

“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, 23 fevral 2026-cı il gecəsi Tatarıstanın Almetyevsk şəhərində yerləşən “Kaleikino” neftötürmə stansiyasına (NPS) iki PUA zərbə endirib. Hücum nəticəsində hər biri 50 min ton tutuma malik iki rezervuar yanıb.

Agentliyin məlumatına əsasən, stansiyanın ötürmə gücü sutkada təxminən 1 milyon barrel təşkil edir. Bildirilir ki, dəyən zərər ciddi olarsa, bu, Rusiyanın neft ixracının həcminə və keyfiyyətinə təsir göstərə bilər. “Reuters”in həmsöhbətlərindən biri qeyd edib ki, sistemdə qəbulun azaldılması əsasən “Tatneft” şirkətinin tədarüklərinə təsir edib.

“Kaleikino” NPS Rusiyanın neft nəqli sistemində mühüm qovşaq məntəqə hesab olunur. Stansiya bir neçə boru kəməri ilə daxil olan xammalı qəbul edir, nefti qarışdırır, rezervuarlarda saxlayır və magistral kəmərlərlə nəql edir. O cümlədən xammal “Drujba” pipeline sistemi vasitəsilə, həmçinin Novorossiysk və Primorsk kimi iri limanlara yönləndirilir.

Fevralın 24-də isə London “Transneft” şirkətinə qarşı sanksiyalar tətbiq edib. Britaniya hakimiyyətinin məlumatına görə, şirkət Rusiya neft ixracının 80 faizindən çoxunun nəqlinə cavabdehdir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
azpolitika.info

1Sources