EN

Cenevrədə ABŞ-İran danışıqları başlayıb

İran və ABŞ arasında dolayı nüvə danışıqlarının üçüncü raundu Cenevrədə start götürüb.

Missiya.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, danışıqlardan əvvəl İran tərəfi öz təklifini Omanın xarici işlər naziri vasitəsilə Amerika nümayəndə heyətinə çatdırıb. Vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi danışıqların keçiriləcəyi yerə gedərkən jurnalistin “Bugünkü danışıqlara ümid edirsinizmi?” sualına müsbət cavab verib.

Qeyd olunub ki, bu raunda İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff sədrlik edir.

Daşqın HəsənovMissiya.Az

Chosen
10
3
missiya.az

4Sources