Bu barədə Yaponiyanın müdafiə naziri Sinciro Koizumi keçirdiyi mətbuat konfransındaməlumatverib. O diqqətə çatdırıb ki, hazırda bu istiqamət üzrə lazımi şəraiti yaratmaq məqsədilə fundamental tədqiqatlar aparılır, zəruri işlər həyata keçirilir:"Kompleksin dəqiq açılış tarixi tikinti prosesinə əsasən dəyişə bilər".
Bildirilib ki, ZRK Tayvandan təqribən 110 kilometr məsafədəki strateji Yonaquni adasında yerləşdiriləcək. Eyni zamanda, Yaponiya Silahlı Qüvvələrinə təyyarələr və ballistik raketlərin qarşısını almaq üçün orta mənzilli yer-hava raketləri veriləcəyi vurğulanır. Yaponiya hökumətinin belə bir addımı Çinlə son dövrdə meydana gələn gərgin münasibətlər fonunda atması istisna deyil.
Firudin Həmidli
AzVision.az