Bakıda tikintidə bədbəxt hadisə baş verib.
Manset.az xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Badamdar qəsəbəsindəki tikinti meydançasında qeydə alınıb.
Belə ki, orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Neftçala sakini Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı aşıb.
Nəticədə o, hadisə yerində vəfat edib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.