EN

Yanvarda Azərbaycan banklarının kredit portfelinin həcmi artıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda bankların kredit portfeli 9faiz və ya 2,465 milyard manat artaraq 29,980 milyard manat təşkiledib.

Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,2faiz (15,9 milyard manat), istehlak kreditlərinin payı 31,4 faiz(9,4 milyard manat), ipoteka kreditlərinin payı isə 15,4 faiz (4,6milyard manat) olub.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozitportfeli üstünlük təşkil edir – ümumi öhdəliklərin 74,3 faizi və ya36,8 milyard manat.

Depozit portfelinin 55,7 faizini (20,5 milyard manat) hüquqişəxslərin depozitləri, 44,3 faizini (16,3 milyard manat) isə fizikişəxslərin depozitləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanfiziki şəxslərin depozitləri istisna olmaqla) təşkil edir.

Fiziki şəxslərin əmanətlərinin 68,3 faizi (11,1 milyard manat)milli valyutada, 31,7 faizi (5,2 milyard manat) isə xaricivalyutada yerləşdirilib.

Fiziki şəxslərin depozit portfelinin 64,2 faizini (10,5 milyardmanat) müddətli əmanətlər təşkil edir.

Yanvar ayında fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 1,6faiz və ya 159,9 milyon manat artıb.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources