EN

Göyçayda Xocalı şəhidlərinin ailələri ilə görüş

Göyçay rayonunun rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının ərazidə məskunlaşmış ailə üzvləri ilə görüşüb.
Rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov Xocalı qətliamının beynəlxalq miqyasda soyqırımı kimi tanıdılması istiqamətində ötən illərdə aparılmış işlərdən, Qarabağ zəfərinin Xocalını da düşmən tapdağından azad etməsindən, şəhidlərin intiqamının alınmasından, bu yaxınlarda qırğın iştirakçısı olmuş qatillərin və müharibə canilərinin bir qisminə  məhkəmə qurulmasından danışıb.
Səmimi söhbət zamanı suverenliyimizin tam bərpasından keçən müddətdə Prezident İlham Əliyevin xüsusi himayəsi ilə Xocalı şəhərinin sürətlə dirçəldilib məskunlaşmasından məmnunluqla söz açılıb. Qeyd edilib ki, tezliklə Göyçayda yaşayan Xocalı köçkünləri də doğma yurdlarına qovuşacaqlar.
Şəhid ailəsi üzvlərindən Məsumə Hümbətova, Təranə Hüseynova və Rizvan Hümbətov ötən illərdə dövlətin onlara göstərdiyi diqqət və qayğını, göyçaylıların səmimi münasibətini və davamlı dəstəyini minnətdarlıqla  vurğulayıblar.

İlqar HƏSƏNOV,
Xq-nin bölgə müxbiri

Chosen
6
1
xalqqazeti.az

2Sources