EN

Məşhur türk serialı final edir

NOW kanalında yayımlanan "Sahtekarlar" serialının taleyinə aydınlıq gəlib...

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihənin ekran ömrünün uzun olmayacağı dəqiqləşib.

Məlumata görə, serial 22-ci seriyası ilə tamaşaçılarla vidalaşacaq. Reytinqlərin gözlənilən səviyyədə olmaması səbəbindən ekran işinin final etməsinə qərar verildiyi bildirilir.

Qeyd edək ki, layihədə əsas obrazları Burak Deniz və Hilal Altınbilek canlandırır. Serial yayımlandığı müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olsa da, bu, onun efir həyatını uzatmağa kifayət etməyib.

Poliqon.info

Chosen
3
1
poliqon.info

2Sources