EN

Ölkədə problemli kreditlərin həcmi yarım milyon manatı ötüb

2026-cı il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib. Bu, yanvarın 1-i ilə müqayisədə 6,3% çoxdur. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

Son 1 ildə problemli kreditlərin həcmi 17,35% artıb.

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% olub.

Bu nisbət ötən ilin sonuna və 2025-ci ilin yanvarın sonuna 1,6% təşkil edirdi.

Gülnar Nazimqızı 

Chosen
13
9
anews.az

10Sources