Ajans.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə yerləşən "Huner Group" MMC-nin tikinti sahəsində işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşüb. R.Səfərov hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır./oxu.az