Bakı Dövlət Universitetinin qazanxana binasının və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə dayandırılmış tikintinin davam etdirilməsinə başlanılır.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, qazanxana binasının və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə dayandırılmış tikintinin davamına 10 milyon 150 min manat vəsaitin sərf ediləcəyi proqnozlaşdırılıb.
Xatırladaq ki, BDU-da Yüksək Texnologiyalar Mərkəzinin təməli 10 il əvvəl qoyulub.