EN

Kürşad Zorlu: Xocalı faciəsinə dünya birliyinin nümayiş etdirdiyi səssizlik tarixin yaddaşından silinməyib

34 il əvvəl Xocalıda baş verən böyük faciə qarşısında dünya birliyinin nümayiş etdirdiyi səssizlik tarixin yaddaşından silinməyib.

Bunu Teleqraf-a açıqlamasında Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini və partiyanın Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu bildirib.

“Lakin 2020-ci ildə Azərbaycanın nümayiş etdirdiyi sarsılmaz iradə və hərbi güc sayəsində torpaqların işğaldan azad edilməsi həm şəhidlərimizin ruhunu şad edib, həm də bütün türk dünyasında böyük qürur hissi oyadıb”, –o qeyd edib.

Partiya rəsmisi vurğulayıb ki, bənzər faciələrin təkrarlanmaması üçün türk dünyasının daha da güclənməsi strateji əhəmiyyət kəsb edir:

“Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipini hər addımda sübut edir. Azərbaycanın sevinci də, kədəri də bizimdir”.

Türkiyənin regiondakı sülh prosesini yaxından izlədiyini qeyd edən K. Zorlu Ermənistanla münasibətlərin normallaşmasının yalnız Azərbaycanın maraqları və ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb.

O, rəsmi Ankara və Bakının koordinasiyalı şəkildə hərəkət etdiyini və bölgədə dayanıqlı sülhün tərəfdarı olduqlarını bildirib.

Chosen
38
teleqraf.com

1Sources