EN

AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir - Ceyhun Bayramov

BAKI,TurkicWorld

Oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə səsləndirilən məsələyə əsasən, Azərbaycana məxsus təyyarənin Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş vermiş hadisəsi ilə bağlı bütün zəruri tədbirlər görülməlidir.

TurkicWorld xəbər verir ki, bunu Xarici Işlər Naziri Ceyhun Bayramaov Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Bakıdakı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi tamamilə qətiyyətli və birmənalıdır:

"Hadisəyə obyektiv və ümumi hüquqi-siyasi qiymət verilməli, həmçinin müvafiq kompensasiyalar ödənilməlidir. Bizim gözləntilərimiz məhz bundan ibarətdir".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Chosen
25
2
turkic.world

10Sources