AZ

“Rusiya AZAL qəzası ilə bağlı açıq qalan məsələləri həll etmək niyyətindədir” Zaxarova

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Moskva Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bütün açıq qalan məsələləri həll etmək niyyətindədir”.Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla münasibətlərdə “bu faciəli səhifəni çevirməyə” çalışır.

 

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb.

İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
bizim.media

10Mənbələr