EN

Yaponiyada ilk uçan avtomobil sınaqdan keçirilib

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

"SkyDrive Inc." adlı yapon startapı çərşənbə axşamı "SD-05" adlı "uçan avtomobil"inin ilk nümayiş uçuşunu həyata keçirib.

Bizimyol.info xəbər verir ki, şirkət 2028-ci ildən etibarən Yaponiyanın bəzi bölgələrində kommersiya fəaliyyətinə başlamağı planlaşdırır.

"Mitsubishi Estate Co." və "Kanematsu Corp." ilə birgə təşkil olunan təqdimat zamanı pilotsuz və uzaqdan idarə olunan aparat Tokio körfəzi üzərində təxminən 150 metr məsafəni üç yarım dəqiqəyə qət edib. "SD-05" modeli 12 daşıyıcı vintlə təchiz olunub, üç nəfərlikdir və 15–40 kilometr məsafə qət edə bilir.

İstehsalçıların sözlərinə görə, kompakt ölçüləri və yüngül çəkisi sayəsində aparat adi helikopterlərlə müqayisədə daha çox məkana eniş edə bilir. Çünki helikopterlər üçün daha geniş eniş sahələri tələb olunur. Həmçinin sərnişinlərin qeydiyyatdan keçdiyi və avtomatik üz tanıma sistemi vasitəsilə yoxlamadan keçdüyü uçuş-enmə nəzarət terminalı da təqdim edilib. Uçuş və terminal nümayişləri şənbə gününədək davam edəcək.

Gözlənilir ki, uçan avtomobillər yol tıxacları və həddindən artıq yüklənmiş ictimai nəqliyyat problemini qismən həll edə biləcək. "SkyDrive"in baş icraçı direktoru Tomohiro Fukuzava bildirib ki, 2030-cu ilə qədər "SD-05" ilə səyahətin qiyməti taksi ilə müqayisədə təxminən iki dəfə ucuzlaşa bilər. Onun sözlərinə görə, “Səyahət sürəti dörd-beş dəfə yüksək olacaq və vaxta qənaət bir qədər baha qiyməti belə əsaslandıra bilər.”

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
icma.az

1Sources