EN

II Qaregin parlament seçkilərindən sonra istefa verə bilər

BAKI, 26 fevral. TELEQRAF

Bütün ermənilərin katolikosu II Qaregin iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra könüllü istefa verə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazıb ki, Baş nazir Nikol Paşinyan kilsə və katolikosa qarşı siyasətini dəyişdirib:

“Hakim komandada hesab edirlər ki, ən azı bu mərhələdə sakitlik olacaq, parlament seçkilərinin nəticələrini gözləyəcəklər, əgər iyunun 7-də qalib gəlsələr, məsələ öz-özünə həll olunacaq və II Qaregin könüllü şəkildə vəzifəsindən gedəcək”.

Chosen
12
teleqraf.com

1Sources