EN

Kirill Dmitriyev ABŞ ilə danışıqlar üçün Cenevrəyə gedəcək

BAKI, 26 fevral. TELEQRAF

Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-la aparılacaq danışıqlarda iştirak etmək üçün fevralın 26-da Cenevrəyə yola düşəcək.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı üçtərəfli formatda danışıqların gələn həftə davam etdiriləcəyi bildirilmişdi. Eyni zamanda qeyd olunub ki, Ukrayna üzrə növbəti üçtərəfli danışıqlar raundu Cenevrədə keçirilməyə də bilər.

Məlumata görə, hazırda Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı planlaşdırılmır.

Chosen
44
teleqraf.com

1Sources