Xəbər verdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə vəzifəsindən azad edilib. Allahşükür Paşazadə oğlunun işdən çıxması ilə bağlı Unikal.az-a açıqlama verib: "Oğlumun nə işə qəbulundan, nə də işdən çıxmasından mənim xəbərim olub. O, işləri ilə özü məşğul olur. Qeyd edim ki, oğlum öz ərizəsi ilə ASCO-dakı vəzifəsindən ayrılıb", - deyə Şeyxülislam əlavə edib.
Tarix: 26 Fevral 2026, 00:51