EN

Azərbaycanda vəkil vəfat etdi

Vəkil Səfər Baxşıyev dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə,  Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan S.Baxşıyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, o, müxtəlif illərdə Biləsuvar Rayon Məhkəməsinin hakimi və digər məsul vəzifələrdə çalışıb. Uzun illərdən bəri Biləsuvar rayonunda vəkil kimi fəaliyyət göstərərək əhaliyə hüquqi xidmətlər göstərib.

Xəlil Əliyev

Chosen
9
6
unikal.az

7Sources