EN

Xalq artisti Xuraman Qasımova: "İncəsənət təhsilinin inkişafı bilavasitə peşəkar müəllim amilinə bağlıdır"

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 25-də görkəmli opera müğənnisi, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Xuraman Qasımova ilə görüşüb.

Publika.az xəbər verir ki, söhbət zamanı Mədəniyyət Nazirliyi tərəfindən incəsənət təhsilinin müasir tələblər səviyyəsində qurulması məqsədilə həyata keçirilən islahatlardan bəhs olunub.

Xalq artisti Xuraman Qasımova incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd edib ki, incəsənət təhsilinin inkişafı bilavasitə peşəkar müəllim amilinə bağlıdır. "Təəssüf ki, indiyədək bu sahədə fəaliyyət göstərən müəllimlərin peşəkarlığının ölçülməsi həyata keçirilməyib. Bu addım geciksə də, artıq prosesə başlanılması bizləri məmnun etdi. Uzun illər incəsənət təhsili sahəsində fəaliyyət göstərən insan kimi deyə bilərəm ki, aparılan bu islahatlar yaxın gələcəkdə öz bəhrəsini mütləq verəcək", - deyə sənətkar əlavə edib.

Chosen
18
4
publika.az

5Sources