Bakı. Trend:
Mart ayında Cənubi Koreya və ABŞ “Freedom Shield” (“Azadlıqqalxanı”) adlı illik birgə hərbi təlimlər keçirəcəklər.
Trend-in xəbərverir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər 9-19 mart tarixlərində keçiriləcək və“Döyüşçü qalxanı” adlı səhra manevrlərini, eləcə də döyüşəməliyyatlarının kompüter modelləşdirilməsini əhatə edəcək.
Agentliyin mənbələri vurğulayıblar ki, səhra təlimlərininmiqyasının 2025-ci illə müqayisədə daha kiçik olacağı ehtimaledilir. Bu qərar Cənubi Koreya hakimiyyətinin Şimali Koreya iləmünasibətləri yaxşılaşdırmaq niyyəti ilə əlaqələndirilir.