Mart ayında Cənubi Koreya və ABŞ "Freedom Shield" ("Azadlıq qalxanı") adlı illik birgə hərbi təlimlər keçirəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi və ölkədəki ABŞ hərbi komandanlığına istinadən məlumat verib.
Bildirilib ki, təlimlər 9-19 mart tarixlərində keçiriləcək və "Döyüşçü qalxanı" adlı səhra manevrlərini, eləcə də döyüş əməliyyatlarının kompüter modelləşdirilməsini əhatə edəcək. Agentliyin mənbələri vurğulayıblar ki, səhra təlimlərinin miqyasının 2025-ci illə müqayisədə daha kiçik olacağı ehtimal edilir. Bu qərar Cənubi Koreya hakimiyyətinin Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyəti ilə əlaqələndirilir.