EN

Tarix yazan məşqçi postundan getdi

Futbol üzrə Mərakeş millisinin məşqçisi Valid Reqraqi postundan ayrılıb. Metbuat.az xəbər verir ki, o vəzifədən getmək istəməsi ilə bağlı Mərakeş Futbol Assosiasiyasına müraciət edib. Tərəflər razılıq əsasında yollarını ayırıblar. İddialara görə, Valid Reqraqi Səudiyyə Ərəbistanından sərfəli təklif alıb. Onun karyerasını krallıqda davam etdirəcəyi iddia edilir. Qeyd edək ki, Mərakeş yığması 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Mərakeş Braziliya, Haiti və Şotlandiya ilə eyni qrupda yer alıb.

4 il əvvəl Mərakeş millisi Valid Reqraqinin rəhbərliyi ilə dünya çempionatı tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olmuşdu.

Chosen
26
metbuat.az

1Sources