EN

Rusiya millisi ilə oynamaqdan imtina etdilər

ain.az, Qol.az saytına istinadən bildirir.

Rusiya millisi ilə oynamaqdan imtina etdilər

Rusiya millisinin yaz təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunları üçün rəqiblərindən biri bəlli olub. 

QOL.az xəbər verir ki, "Sport24"ün yaydığı məlumata görə, komandanın ilk rəqibi Mali yığması olacaq. Afrika təmsilçisi tərəflər arasında razılığın olduğunu artıq təsdiqləyib. 

Rusiya millisi ikinci rəqib qismində Honduras millisinə təklif göndərib. Lakin yerli federasiya martın son günündə Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşündən imtina edib. Honduras tərəfinin bu qərarı mart ayındakı beynəlxalq fasilə üçün artıq başqa planlarının olması ilə izah edilib.

Qeyd edək ki, Honduras millisi hazırda FİFA reytinqində 65-ci pillədə qərarlaşıb. Rusiyanın digər rəqib axtarışları isə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
3
qol.az

4Sources